Misli Premyer Liqasının I turunda "Sumqayıt" "Səbail"i 4:1 hesabı ilə darmadağın edib. 

Offsideplus.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb:

 "Mövsümə uğurlu başlamaq xoşdur. Futbolçularımı təbrik edirəm. Ağır şəraitdə oynadıq. Oyuna pis başlamadıq. İlk hissənin sonuna kimi matç bizim nəzarətimizdə idi. Sonra bir az panika hiss olundu. Bəzi futbolçularda yorğunluq da var idi. Hər cür epizodlar oldu. Futbolçular işlərinin öhdəsindən yaxşı gəldilər. Görək çempionatda başımıza nələr gəlir".