“Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 1-ci turu çərçivəsində “Araz-Naxçıvan"a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Offsideplus.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Çətin oyun olacağını gözləyirdik. Çempionatda ilk oyunlar çox çətin olur. Tam hazır deyilik. Yeni futbolçularımız var, onların çempionatımıza uyğunlaşmaq üçün müəyyən vaxt lazımdır. Rəqiblə bağlı da çətinlik çəkdik. Yeni futbolçuları var və oyun stillərinə bələd deyildik. Maksimum çalışdıq ki, komandamıza rəqibin futbolçuları haqda fərdi məlumat verək. Birinci hissədə həm külək həm də rəqibin təzyiqi oldu. İlk 20 dəqiqədə epizodlar versək də sonrakı dəqiqələrdə tarazlıq yaxladıq. Qoldan sonra daha rahat oynadıq. Sevinirəm ki, hücumçularım qol vurdu. Oyundan oyuna artıracağıq, artırmalıyıq da. Bu il çempionat çox gərgin olacaq. Hər xal vacibdir. 3 xal bizim üçün çox vacib idi. Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkürümü bildirirəm".