Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün I turunun oyun cədvəli məlum olub.

 

Offsideplus.az xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, aparılan işlərin yekunları ilə tanış olmaq məqsədilə PFL tərəfindən 31 iyul tarixdə Tovuz şəhər stadionu və Gəncə şəhər stadionuna yekun baxış keçiriləcək.

4 avqust (cümə)

“Turan Tovuz” – “Araz-Naxçıvan”
Tovuz şəhər stadionu, 17:00

5 avqust (şənbə)

“Qarabağ” – “Zirə”
“Azersun Arena”, 21:00

“Səbail” – “Sumqayıt”
“ASCO Arena”, 18:30

6 avqust (bazar)

“Kəpəz” – “Neftçi”
Gəncə şəhər stadionu, 17:00

“Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”, 20:00