"Kəpəz" futbolçusu Zamiq Əliyevlə vidalaşıb. 

Offsideplus.az xəbər verir ki, müdafiəçi karyerasını "Araz-Naxçıvan"da davam etdirəcək.

Futbolçu baş məşqçi Azər Məmmədova müraciət edərək oynamaq üçün daha çox şans əldə edəcəyi komandaya keçmək istədiyini bildirib. Gənc futbolçunun qərarı klub rəhbərliyi ilə müzakirə olunub. Əliyevin istəyinə uyğun olaraq onunla yollar ayrılıb.