"Qarabağ"la yollarını ayıran Qara Qarayev karyerasını "Neftçi"də davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" bu barədə sosial şəbəkə səhifəfələrində ismarışlı video paylaşıb. Məşhur bəstəkar Qara Qarayevin “7 gözəl” musiqisi fonunda "1937 FM", deyə qeyd edən klub Q.Qarayevin transferinə işarə vurub. 

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan 31 yaşlı Qara Qarayev 18 ildir bu klubda çıxış edirdi.