Adrian Mutunun "Neftçi"nin baş məşqçisi təyin olunması dünya mətbuatında diqqət çəkib.

 Offsideplus.az xəbər verir ki, dünyanın bir sıra məşhur saytları – İtaliyanın “Calciomercato”, “Tuttomercatoweb”, Türkiyənin “Fanatik”, “NTV Spor”, “Ajansspor”, Rusiyanın “Sport-express”, “Sovetski sport”, həmçinin ABŞ, Böyük Britaniya, İspaniya və s. kimi ölkələrin mətbuatında rumıniyalı mütəxəssislə bağlı müxtəlif yazılar dərc edilib. 

Bundan əlavə, “Neftçi”nin Sankt-Peterburq toplanışı zamanı İtaliyanın “Fiorentina” klubunun azarkeş qrupu, Moskavada isə “Çelsi” (İngiltərə) fanatları Mutu ilə görüşüblər, şəkil çəkdirib avtoqraf alıblar. Sankt-Peterburq və Moskvadakı hava limanlarında da ona maraq yüksək olub.