Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Latviyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti beynəlxalq yoldaşlıq oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, komandamız Latviya yığması ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə nəticələnib. 

Qeyd edək ki, komandalar arasında ilk matç da 1:1 hesabı ilə yekunlaşmışdı.