"Qarabağ" sabiq futbolçusu Rəşad Sadiqovu kluba qaytarıb.

Offsideplus.az xəbər verir ki, veteran yarımmüdafiəçi bundan sonra ağdamlıların Futbol Akademiyasında məşqçi kimi çalışacaq.

Sadiqov futbolçu kimi "Qarabağ", "Neftçi", "Qəbələ""Xəzər Lənkəran" və "Şəfa" kimi klubların şərəfin qoruyub.

Milli komandamızın sabiq üzvü "Keşlə"də (indiki "Şamaxı") və AFFA-nın elit qruplarında məşqçi kimi çalışıb.

Xatırladaq ki, bugünlərdə "Köhlən atlar"ın sabiq yetirməsi Aftandil Hacıyevi akademiyanın koordinatoru təyin edilib.(sportinfo.az)