"Kəpəz" klubu yeni mövsümün hazırlıqlarını davam etdirir.

Gəncə təmsilçisi toplanışın ilk mərhələsini doğma şəhərdə keçirdikdən sonra Bakıya yollanıb.

Yenidən "sarı-göylər"in sıralarına qoşulan Əli Səmədov Offsideplus.az-a açıqlamasında komandasının hazırlığı haqda danışıb. 25 yaşlı mərkəz yarımmüdafiəçisi Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə yaxşı hazırlaşdıqlarını bildirib:

"Toplanışın ilk mərhələsini Gəncədə keçirdik. Əsasən fiziki hazırlıqlara üstünlük verirdik. İki gündür ki, Bakıya gəlmişik. "Dalğa Arena"da məskunlaşmışıq. Hər şey normaldır. Məşqçi heyətimiz fiziki hazırlığımızı yaxşılaşdırmağa çalışır. Gündüzlər fiziki, axşamlar isə texniki-taktiki çalışmalara üstünlük veririk. Gündən-günə məşqçilərin dediklərini edib, hazırlığımızı artırırıq. Bir sözlə, Premyer Liqanın yeni mövsümünə yaxşı hazırlaşırıq".

Daşqın Əziz