Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu bu gün ilk yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" Moldovanın 1-ci divizion təmsilçisi “Sukleya” ilə üz-üzə gəlib və 4:2 hesabı ilə qalib gəlib. Komandanın qollarını İlkin Qırtımov (7-ci dəqiqə), Murad Musayev (17),Omar Hani (39) və Osama Xalayla (46) vurublar.

Qeyd edək ki, Elmar Baxşıyevin komandası iyulun 15-də Rusiyanın "Orenburq" klubları ilə üz-üzə gələcək. "Qəbələ"nin iyulun 19-da daha bir sınaq matçı nəzərdə tutulub. Hələlik bu rəqibin adı açıqlanmayıb.

Xatırladaq ki, "Qəbələ" bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək. Mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq bölgə təmsilçisi "Omoniya” ilə iyulun 27-də Qəbələdə, avqustun 3-də isə Kiprdə qarşılaşacaq.