"Qarabağ" klubunun müdafiəçisi Kevin Medina karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı kolumbiyalı mərkəz müdafiəçisinin "Rizəspor"a keçəcəyi gözlənilir. Bu barədə jurnalist Ömer Necati Albayrak məlumat yayıb.

İnformasiyaya görə, Super Liqaya yüksələn Rize təmsilçisi kolumbiyalı arxa xətt oyunçusu ilə razılıq əldə edib. Transferin qısa müddət ərzində açıqlanacağı iddia olunur.