"Kəpəz" "Qarabağ"dan Zamiq Əliyevi transfer etdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsüm "Qarabağ"dan icarəyə götürülən gənc futbolçu Ağdam klubu ilə yollarını ayırdığından "Kəpəz"in tam hüquqlu üzvünə çevrilib.

Əliyev ilə formasında daşıdığı nömrəyə uyğun olaraq 1+1 olmaqla 2 illik müqavilə imzalanıb.