Milli komandaların yeni FIFA reytinqi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi 1143 xalla 121-ci sıraya yüksələrək, 3 pillə irəliləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə (1:1) heç-heçə etmişdi.

DÇ-2022-nin qalibi Argentina yığması 1843 xalla liderdir. Qətərdəki mundialın finalçısı Fransa seçməsi (1843) cüzi fərqlə ikinci, Braziliya (1828) isə üçüncü sırada qərarlaşıb. İki pillə irəliləyən Türkiyə seçməsi 1484 xalla 41-ci yeri tutub.