"Neftçi" klubu mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" "Səbail"dən ayrılan Emil Balayevi heyətinə qatıb. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Emil Balayev "Neftçi"nin yetirməsidir. O, 2011-2014-cü illərdə bu komandada oynayıb.