"Reyncers" klubunun sabiq ulduzu Alfredo Morelos "Qarabağ"ın transfer siyahısına düşüb.

 Offsideplus.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Linkoln"la qarşılaşacaq "Qarabağ" heyətini 27 yaşlı mərkəz hücumçusu ilə gücləndirmək istəyir.

Kolumbiya millisinin üzvü hazırda azad agentdir və Ağdam təmsilçisinin təklifini nəzərdən keçirir. Oyunçunun "Transfermarkt"də satış qiyməti 6 milyon avro civarındadır. Ötən mövsüm 30 oyuna çıxıb, 11 qol və 6 assistə imza atıb. 5 sarı və 1 qırmızı vərəqə cəzalandırılıb.

Məqalədə "Qarabağ"ın kolumbiyalı müdafiəçi Kevin Medinanı da heyətinə cəlb etməsi xatırladılıb. 

Qeyd edək ki, Morelosu daha öncə "Lill" klubu 16 milyon funt-sterlinqə almaq istəsə də, “Reyncers” razı olmamışdı. O, 2017-ci ildə "Helsinki"dən Şotlandiya klubuna keçid edib.

 

Günay Xəlil