“Sabah” klubu müdafiəçi Zurab Oçiqava ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, ukraynalı futbolçu ilə mövsümün sonunda bitən müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, Z.Oçiqava 2021-ci ilin fevralından Bakı təmsilçisində oynayırdı.

Xatırladaq ki, "Sabah" bundan əvvəl Abdulaye Ba ilə vidalaşıb.