“Neftçi” klubu yeni mövsümə hazırlığı davam etdirir.

Offsideplus.az xəbər verir ki, “ağ-qaralar” iyunun 21-dən etibarən gündə bir dəfə olmaqla “Neftçi Futbol Mərkəzi”ndə məşq edir.

Əsasən fiziki təmrinlərdən ibarət olan hazırlıq prosesi klubun seleksiya şöbəsinin üzvləri - İqor Getman və Vadar Nuriyevin rəhbərliyi altında keçirilir.

Bugünkü məşqdə futbolçuların əksəriyyəti iştirak edib.

Qeyd edək ki, yeni mövsümdə Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.