“Sumqayıt” yeni transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, klub son olaraq “Qəbələ”də çıxış etmiş Rövlan Muradovla 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Rövlan Muradov peşəkar karyerası ərzində yalnız “Qəbələ” klubunun uğurları üçün çalışıb. Yarımmüdafiəçi U-19, U-21 və əsas milli komandalarımıza da cəlb olunub.