Qəbələdə təlim-məşq toplanışına yekun vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində son oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 1:1 hesabı ilə nəticələnib. Seçməmizin qolunu 41-ci dəqiqədə penaltidən Sadiq Şəfiyev vurub.

Qeyd edək ki, U-19 hazırlıq çərçivəsində keçirdiyi ilk oyunda gürcüstanlı yaşıdlarını 2:1 hesabı ilə məğlub edib.