"Püşkatma olduqda Azərbaycan millisi 4-cü, Estoniya 5-ci səbətdən çıxmışdı. Sabahkı oyunla bağlı adi təzyiq var".

Offsideplus.az xəbər verir ki, bu sözləri Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Avro-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib. O, Bakıdan xallarla ayrılmaq istədiklərini bildirib:

"Qrupumuzdakı digər komandalar güclüdürlər. Azərbaycan da evdə yaxşı oynayır. Sabahkı matçda xallarımızı qazanmağa çalışacağıq. Heyətimizdə buraya gələn oyunçuların hamısı sağlamdır. Heyətlə bağlı yekun qərarı bu gün axşam verəcəyik. Oyunun sonuna kimi səbrli olmaq vacibdir. Bəzən 70, bəzən 80 dəqiqə buna ehtiyac olur. Biz öz oyunumuza köklənməli, öz oyunumuzu oynamalıyıq. Hər iki komanda sabahkı oyunda xal qazanmaq istəyir. Ona görə də, maraqlı oyun olacaq".

Mütəxəssis qrupda Avstriyaya, Azərbaycan yığmasının 1:4, Estoniyanın isə 1:2 hesabı ilə uduzmasına toxunub: "Amma nəticədə hər iki komanda rəqibinə uduzub. Hər halda, biz xal fərqinə görə oynayırıq, top fərqinə görə deyil. Yəni, hesab fərqinin önəmi yoxdur. Həm biz, həm də Azərbaycan xalsız qalmışdı. Azərbaycan İsveçlə görüşdəki böyük hesabla məğlub olsa da, yaxşı oynamışdılar".

Xatırladaq ki, sabah "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Estoniya görüşü saat 20:00-da başlayacaq.