Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Bakıda Estoniyanı sınağa çəkəcək.

AFFA Avstriya və İsveçlə oyunlarda alınan biabırçı məğlubiyyətlərdən (1:4, 0:5) sonra tsiklda qazanılacaq ilk qələbəyə görə milli üzvlərinə mükafat vəd verib.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, qurum Estoniya üzərində əldə olunacaq qələbəyə görə əsas heyət üzvlərinə 25 min manat məbləğində "premya" verəcək. 

Xatırladaq ki, sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.

Offsideplus.az