Bu gün İcraiyyə Komitəsinin iclasından əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri “Dalğa Arena”da Azərbaycan milli komandasının məşqini izləyiblər.

Offsideplus.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. AFFA-nın prezidenti Estoniyaya qarşı oyunda milli komandamıza uğurlar arzulayıb.

Həmçinin doğum günü münasibətilə milli komandanın baş məşqçisi Canni De Byazini təbrik edib, ona Azərbaycan milli komandasının xatirə formasını təqdim edib.