“Turan Tovuz” klubu daha iki futbolçusu ilə yeni müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, əyalət təmsilçisi Sadiq Quliyev və Tərlan Quliyevlə müqaviləni daha 1 il müddətinə uzadıb.

Müdafiəçilərlə yeni müqavilə 2023/2024-cü il mövsümünün sonunadək nəzərdə tutulub.

Tovuz klubunda daha öncə Kamal Bayramov, Tərlan Əhmədli və Ayxan Hüseynovla da yeni müqavilə bağlanmışdı.