"Zirə"nin oyunçusu  Cəlal Hüseynov karyerasını Bolqarıstanda davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, müdafiəçi  “Arda” klubuna transfer olunub. Bu barədə "Zirə"nin mətbuat xidməti məlumat yayıb. 

“Zirə” Cəlal Hüseynova göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.