Azərbaycan çempionatında çalışan mütəxəssislərdən birinə Səudiyyə Ərəbistanından təklif gəlib.

 Offsideplus.az "Playsport.ro"ya istinadla xəbər verir ki, söhbət "Neftçi"nin çalışdırıcı Laurentsiu Regekampfdan gedir.

47 yaşlı rumıniyalı mütəxəssis Yaxın Şərq ölkəsinin iki klubundan təklif alıb. Həmin klubların adları açıqlanmayıb.

Bildirək ki, Regekampfın "Neftçi" ilə 2024-cü ilin 30 iyununadək müqaviləsi var.