"Səbail" klubu daha bir futbolçusu ilə vidalaşıb. 

Offsideplus.az xəbər verir ki, "dənizçilər" Turan Manafov ilə mövsümün sonunda başa çatan müqavilə yeniləməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Klub xidmətlərinə görə futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, "Səbail" daha öncə Luvaqa Krizito, Qustavo de Fransa, Qoba Zakpa, Franko Mazurek, Petro Stasyuk, Emil Martinov, Ruslan Hacıyev, Mirabdulla Abbasov, Nihad Qurbanlı ilə yollarını ayırmışdı.