"Səbail" klubu daha bir futbolçu ilə yollarını ayırıb.

 Offsideplus.az-ın əldə etdiyi məlumata görə, "dənizçilər" komandanın sol cinah müdafiəçisi Turan Manafovla müqaviləyə xitam verib.

Bildirək ki, 24 yaşlı futbolçunun "Səbail"lə sözləşməsinin müddəti 2024-cü ilin 30 iyununa qədər idi.

Onu da nəzərinizə çatdıraq ki, Manafovun "Sumqayıt"a keçəcəyi gözlənilir.

Offsideplus.az