"Kəpəz" klubu baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırmağı planlaşdırır.

 Gəncə təmsilçisinin yeni çalışdırıcısı da müəyyənləşib. Offsideplus.az-ın əldə etdiyi məlumata görə, Sənan Qurbanov Əhmədovu postunda əvəzləyə bilər.

Qeyd edək ki, Sənan Qurbanov 2018-2019 mövsümündə “Qəbələ” ilə, 2020-2021 mövsümündə isə “Keşlə” (indiki “Şamaxı”) ilə Azərbaycan Kubokunu qazanıb.

 

Offsideplus.az