"Səbail"in sol cinah müdafiəçisi Turan Manafov Türkiyə klubunun "radarına" düşüb.

 Offsideplus.az-ın əldə etdiyi məlumata görə, söhbət "İstanbulspor"dan gedir. Super Liqa təmsilçisi "dənizçilər"in 24 yaşlı futbolçusunu yayda heyətinə qatmaq istəyir.

Artıq Türkiyə klubunun menecerləri Manafovla danışıqlara başlayıb.

Sözügedən futbolçu ilə "Zirə", "Qəbələ" və "Turan Tovuz" da maraqlanır.

Bildirək ki, "Səbail"lə müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununa qədər olan Turan Manafovun bu yay komandadan ayrılacağı gözlənilir.

Daşqın Əziz