Bugünlərdə "Qəbələ"dən ayrılan Məqsəd İsayev "Zirə"yə keçməyə yaxındır.

Belə ki, 28 yaşlı sol cinah müdafiəçisi tezliklə Bakı təmsilçisi ilə müqavilə bağlayacaq.

 Offsideplus.az-ın əldə etdiyi məlumata görə, İsayev "qartallar"da ayına 10 min manat maaş alacaq. 

Qeyd edək ki, 2021-ci ilin yayından “qırmızı-qara” forma geyinən 29 yaşlı futbolçunun müqavilə müddəti başa çatıb. O, iki mövsüm ərzində 73 matçda 4 qol vurub. İsayev Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib. Müdafiəçi "Qəbələ"nin heyətində Azərbaycan Kubokunun qalibi adını qazanıb.

Offsideplus.az