"Mənə və komandaya yaxşı və dar vaxtlarda dəstək göstərən hər kəsə öz minnətdarlığımı söyləyirəm".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu sosial şəbəkə hesabında yazıb. Klubla yollarını ayıran Ramil Şeydayev Ağdam təmsilçisi ilə vidalaşıb. 

"İstərdim ki, "Qarabağ"a birlikdə keçirdiyimiz vaxta görə öz təşəkkürümü bildirim, belə bir böyük ailənin üzvü olduğuma çox şad oldum. Bütün klub üzvlərinə isə qeydimə qaldıqlarına və hər zaman kömək etdiklərinə görə təşəkkür edirəm. Biz şöhrətli "ov" günlərini yaşadıq. Sizə hər bir məqama görə dönə-dönə "çox sağ olun", deyirəm. Sizin üçün olduqca çox darıxacam!", - deyə Şeydayev qeyd edib.