Azərbaycan yığma komandasının Avro-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Canni de Byazi 25 futbolçuya dəvət göndərib.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev ("Qarabağ"), Emil Balayev ("Səbail"), Yusif İmanov ("Sabah")

Müdafiəçilər: Amin Seydiyev ("Sabah"), Bədavi Hüseynov, Toral Bayramov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə (“Qarabağ), Cəlal Hüseynov (“Şamaxı”), Azər Salahlı, Höccət Haqverdi (“Neftçi”)

Yarımmüdafiəçilər: Qismət Alıyev (“Zirə”), Anton Krivotsyuk, (“Deajon Hana”, Cənubi Koreya), Filip Ozobiç (Azad agent), Elvin Camalov, Aleksey İsayev (“Sabah”), Emil Səfərov (“Qəbələ”), Emin Mahmudov (“Neftçi”)

Hücumçular: Coşqun Diniyev, Ramil Şeydayev (ikisi də azad agent), Namik Ələskərov (“Sabah”), Musa Qurbanlı (“Qarabağ”), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə), Rüstəm Əhmədzadə (“Zirə”), Mahir Emreli (“Konyaspor”, Türkiyə)

İyunun 17-də "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.