"Sumqayıt" klubu yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.

 "Kimyaçılar"ın əsas məqsədlərindən biri də yeni qapıçıyla güclənməkdir. Bu ayın 30-da "Gənclik şəhəri" təmsilçisi ilə müqaviləsi başa çatacaq Aydın Bayramovun komandanın sıralarını tərk edəcəyi gözlənilir.

Belədə, baş məşqçi Samir Abasov diqqətini "Sabah"ın futbolçusuna yönəldib.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssis "bayquşlar"ın ehtiyat qapıçısı Nicat Mehbalıyevi sərəncamında görmək istəyir. 22 yaşlı qolkiperin adı hazırda Abasovun siyahısının başında gəlir.

Bildirək ki, gənc "əlcək sahibi"nin "Sabah"la müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatır.

Daşqın Əziz