FIFA-nın prezidenti Gianni İnfantino "Qarabağ"ı çempion olması münasibətilə təbrik edib. 

Offsideplus.az xəbər verir ki, ali futbol qurumunun rəsmisi AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla "Qarabağ" Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.

Məktubun məzmununu diqqətinizə çatdırırıq:

“Qarabağ” FK-nı 2022/2023-cü illər mövsümündə Azərbaycanın çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm!
Bu titul komandanın zəhməti, ehtirası və fədakarlığı olmadan əldə edilə bilməzdi. Klubdakı hər kəslə fəxr edə bilərsiniz. Bu böyük nailiyyətdə əməyi keçən hər kəsə mənim təbriklərimi çatdırın. Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropada futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm. Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm".