"Mən heç kimlə yarışmıram və heç kim mənimlə yarışa bilməz".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın oyunçusu Marko Yankoviç İnstaqram hesabında yazıb:

"Öz həyatımı yaşayıram və öz ideyalarım, planlarım, arzularım və qərarlarım var. Nəzərdə tutduğum yerə getməmiş ola bilərəm, lakin olmaq istədiyim yerdəyəm. Hamımız çalışdığımız şeyi əldə edirik!"

Qeyd edək ki, "Qarabağ" 2022-23 mövsümü üzrə Azərbaycan çempionu olub.

 

Günay Xəlil