"Qəbələ"nin futbolçusu Litvanın bir neçə klubundan təklif alıb.

 Offsideplus.az-ın məlumatına görə, söhbət "qırmızı-qaralar"ın sol cinah müdafiəçisi Məqsəd İsayevdən gedir.

28 yaşlı futbolçu sözügedən ölkənin bir neçə klubunun hədəfindədir.

"Qəbələ" ilə müqaviləsinin müddəti gələn ayın 30-da başa çatacaq İsayev təklifləri dəyərləndirəcək.

Bildirək ki, təcrübəli oyunçu 2021-ci ildən əyalət təmsilçisinin uğurları üçün çalışır.