Misli Premyer Liqasının 36-cı turunda səfərdə “Neftçi” ilə qarşılaşan "Sabah"ın (0:1) baş məşqçisi Murad Musayevin  mətbuat konfransı baş tutub.

Offsideplus.az xəbər verir ki, mütəxəssis matçdan sonra aşağıdakı fikirləri səsləndirib:

“Bizim hədəfimiz avrokuboklara vəsiqə qazanmaq idi. Bu hədəfə çatmışıq. Futbolçularıma göstərdikləri nizam-intizama görə təşəkkür edirəm! Son 6 oyunun 5-də qələbə qazanıb, 1-də heç-heçə etmişdik. Buna görə də onlara minnətdaram! Təkcə xal baxımından yox, keyfiyyət və psixoloji cəhətdən mövsümü uğurlu sayıram.