Xəbər verdiyimiz kimi, “Şamaxı” Misli Premyer Liqasının sonuncu - 36-cı turunda “Səbail”lə matçda (1:0) ciddi itki ilə üzləşib.

"Şirlər"in əsas qapıçısı Rəşad Əzizli zədələnərək meydanı vaxtından əvvəl tərk edib.

O, 13-cü dəqiqədə rəqib futbolçu Adil Nağıyevlə toqquşub və mübarizəni davam etdirə bilməyib. Dərhal xəstəxanaya aparılan 29 yaşlı qolkiperin durumu məlum olub.

Belə ki, dünənki epizod zamanı Əzizlinin əli çatlayıb.

Bu barədə məlumatı Offsideplus.az-a futbolçunun özü verib. 

Xatırladaq ki, "Səbail"ə uduzan "Şamaxı" mövsümün sonuncusu olub və Premyer Liqanı tərk edib.

Daşqın Əziz