Bakıda təlim-məşq toplanışında olan Azərbaycan U-16 seçməsi hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Özbəkistan yığmasına qarşı oyun 3:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Bu komandalar arasında növbəti oyun mayın 29-da keçiriləcək.