Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının XXXV turu üzrə aşağıdakı qərarlar qəbul edilib. 

“Sabah” – “Zirə” oyunu bitdikdən sonra meydançaya və komandalar olan dəhlizə akkreditasiyası olmayan şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimələnib.

 “Şamaxı”ya qarşı oyun bitdikdən sonra “Qəbələ” klubunun meneceri Rasim Ramaldanova verilən birbaşa qırmızı vərəqə qərarı ləğv edilib. Matçdan sonra tribunanın “Qəbələ” klubuna aid hissəsindən meydançaya kənar əşya atıldığına görə “Qəbələ” klubu 1600 manat cərimələnib.

“Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra Ramil Şeydayev rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanıb, “Qarabağ” isə 2400 manat ödəməli olacaq. Matç sonra “Sumqayıt”ın futbolçusu Todor Todoroski rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanıb, “Sumqayıt” klubu 2400 manat cərimə edilib.

 “Turan Tovuz” – “Səbail” oyununda “Səbail” klubunun futbolçusu Qoba Zakpa qeyri-etik hərəkət etdiyinə görə 3 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.