"Qarabağ"ın futbolçusu Ramil Şeydayev cari mövsümün sonunda komandadan ayrılacaq. 

Offsideplus.az "Futbolinfo"ya istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Taylandın "Buriram Yunayted"lə razılıq əldə edib. Mövsümü çempion olaraq başa vuran komanda Ramilə 2 illik müqavilə və 1 milyon dollar məvacib təklif edib. 

Ramil mövsüm yekunlaşan kimi anlaşmasını rəsmiləşdirəcəyi bildirilir. 

Qeyd edək ki, 27 yaşlı forvard 2021-ci ildən "Qarabağ"ın formasını geyinir.