"Kəpəz" klubu Misli Premyer Liqasının 35-ci turunda öz meydanında "Neftçi" yə 1:3 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov görüşlə bağlı danışıb:

"Son turlardır. Komandalarda yorğunluq hiss olunur. Oyundan sonra futbolçularıma təşəkkür etdim. Uzaq yol gedib-gəlmək onları yorur. Artıq komandada zədələr çoxalıb. Minimum məqsəd Premyer Liqada qalmaq idi. Bunun öhdəsindən gəldik. Son oyunları yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik. Amma bu gün alınmadı. Artıq biz də yorulmuşuq. Yol bizi çox yorur".