"Neftçi" klubu Misli Premyer Liqasının 35-ci turunda səfərdə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf matçla bağlı fikirlərini bölüşüb:

"3 xal qazandığımız üçün sevinirəm. İki oyunçu itirməyimiz məni narahat etdi. Ümid edirəm ki, durumları ciddi deyil. İkinci hissədə daha yaxşı oynadıq. Etdiyim dəyişikliklər oyunumuza aqressivlik verdi. İlk hissədən narazı olduğumu deməzdim. Bəzi qol epizodlarından yararlana bilmədik. Birinci hissənin sonlarında rəqibin ən qısa boylu futbolçusu bizə qol vurdu. İkinci hissədəki oyunumuz məni qane edir. "Sabah"la matça daha yaxşı əhval-ruhiyyədə gedəcəyik".