Misli Premyer Liqasının XXXV turunda "Sumqayıt" "Qarabağ"ın qonağı olacaq. 

"Sumqayıt"ın oyunçusu Vüsal İsgəndərli Offsideplus.az-a açıqlamasında Ağdam təmsilçisi ilə səfərdən xalla qayıtmaq və azarkeşləri sevindirmək istədiyini söyləyib:

"Xal amağa ümid etməkdən başqa çarəmiz yoxdur. Bizə dəstək olan azarkeşlərimizi ən azı xal qazanaraq sevindirmək istəyirik. İnşallah, öz gücümüzə Premyer Liqada qalacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" matçı mayın 22-si saat 16:30-da baş tutacaq.

Mövsümün bitməsinə 2 tur qalmış turnir cədvəlinin son üç pilləsində "Sumqayıt" (28 xal), "Səbail" (25 xal) və "Şamaxı" (24 xal) qərarlaşıb.

 

Günay Xəlil