"İnşallah, Premyer Liqada qalacağıq".

Bunu Offsideplus.az-a açıqlamasında "Səbail"in yarımmüdafiəçisi Turan Manafov söyləyib. 24 yaşlı futbolçu "dənizçilər"in Azərbaycan çempionatında qalıb, gələn mövsüm də liqada mübarizə aparacağını bildirib.

Qeyd edək ki, "Səbail" Misli Premyer Liqasının XXXV turunda "Turan Tovuz"la üz-üzə gələcək. Görüş mayın 22-si saat 16:30-da baş tutacaq.

 

Günay Xəlil