Futbol üzrə Azərbaycanın 1-ci Divizionunda 29-cu tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

“Sumqayıt”la “Şamaxı”nın əvəzediciləri arasındakı görüşdə qapılara 7 qol vurulub. “İmişli” doğma meydanda “Zirə-2” ilə bərabərə qalıb - 1:1.

18 may

"Sumqayıt-2" – "Şamaxı-2" - 3:4
Qollar: Rüfət Abdullazadə, 3; 35. Uğur Cahangirov, 31 – Fərid Nadirov, 81. Asim Əlizadə, 85. Nihad Həsənzadə, 90+1. Nihad Ağayev, 90+5-öz qapısına.
Hakimlər: Vüqar Həsənli, Sənan Atayev, Rəhman Aslanov, Nicat İsmayıllı
“Sumqayıt Arena” (ehtiyat meydança)

"İmişli" – "Zirə-2" - 1:1
Qol: Tolqar Yaqubov, 64 – Xəqani Sadıxov, 78.
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Zakir Şükürzadə, Murad Səlimov
Heydər Əliyev adına İmişli şəhər stadionu