"Atletiko"nun (Madrid) futbolçusu Aksel Vitsel Belçika millisindəki karyerasını başa vurub.

 Offsideplus.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi sosial medai hesabında məlumat verib. O, bu müddətdə onunla çalışan bütün məşqçilərinə və komanda yoldaşlarına təşəkkürünü bildirib.

Xatırladaq ki, Belçika millisi Azərbaycan yığma komandası ilə Avro-2024-ün seçmə mərhələsində eyni qrupda yer alıb. Tərəflər arasında ilk matç sentyabrın 9-da Bakıda, ikinci görüş isə noyabrın 19-da Belçikada oynanılacaq.

Qeyd edək ki, Aksel Vitsel 2008-ci ildən çıxış etdiyi millidə indiyə qədər 130 oyun keçirib, 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Fəqan İbrahimli