"Zirə" klubu Misli Premyer Liqasının 34-cü turunda doğma meydanda "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

"Hər iki komanda yaxşı mübarizə apardı, hər iki komanda sürətli oyun oynamağa çalışırdı. Həm biz, həm onlar qələbəyə köklənmişdi. Alınmadı, bunu həyata keçirə bilmədik. Planlaşdırmadığımız növbəti iki xalı itirdik. Məyusuq".

Mətbuat konfransının videosunu təqdim edirik: