Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Offsideplus.az xəbər verir ki, iclasda I Divizionun XXVIII turu üzrə aşağıdakı qərarlar qəbul olunub:

“Araz Naxçıvan” – “Səbail-2” oyununda “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz Naxçıvan” klubu 80 manat cərimə edilir;

MOİK – “Qaradağ Lökbatan” oyununda MOİK klubunun futbolçusu Muxtar Nəzərli ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə edilir;

MOİK – “Qaradağ Lökbatan” oyununda MOİK klubunun fizioterapevti Elxan Əhmədov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə edilir;

MOİK – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir;

“Qəbələ-2” – “Neftçi-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Salman Ələsgərov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə edilir;

“Qəbələ-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi-2” komandası 80 manat cərimə edilir;

“Turan Tovuz-2” – “Zaqatala” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir;

“Turan Tovuz-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Zaqatala” klubu 80 manat cərimə edilir;

“Turan Tovuz-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun məşqçisi Nəsib Əliyev oyun bitdikdən sonra hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə edilir;

“Kəpəz-2” – “Şamaxı-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 40 manat cərimə edilir;

“Kəpəz-2” – “Şamaxı-2” matçında “Kəpəz-2” komandasının azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinə qarşı qeyri-etik ifadələr işlədildiyinə görə “Kəpəz-2” komandası 400 manat cərimə edilir;

“Kəpəz-2” – “Şamaxı-2” matçında “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şamaxı-2” komandası 80 manat cərimə edilir