Futbol üzrə Azərbaycan Birinci Divizionunda 28-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçirilib. “Sumqayıt-2” “İmişli”ni 4 cavabsız qolla məğlub edib. “Kəpəz-2” isə doğma meydanda “Şamaxı-2”yə məğlub olub.

1-ci Divizion, 28-ci tur

10 may

"Sumqayıt-2" – "İmişli" - 4:0
Qollar: Xəlil Bəşirov, 42; 49. Comərd Baxşəliyev, 66-öz qapısına. Rüfət Abdullazadə, 77.
“Sumqayıt Arena” (ehtiyat meydança)

"Kəpəz-2" – "Şamaxı-2" - 0:1
Qol: Qurban Səfərov, 60.
Gəncə şəhər stadionu (ehtiyat meydança)